Noble Quran » Azərbaycanca » Sorah Al-Qadr ( The Night of Decree )
Choose the reader
Azərbaycanca
Sorah Al-Qadr ( The Night of Decree ) - Verses Number 5
إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ ( 1 )
Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!
وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ ( 2 )
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ ( 3 )
Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ ( 4 )
O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ ( 5 )
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)
Random Books
- Ölüm-
Formation : Ramil Soltanov
Source : http://www.islamhouse.com/p/307765
- İnsanların əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinməBu kitabda İslam əxlaqı və əqidəsinin ən mühüm məsələlərindən olan insanların çoxunun əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinmə haqqında geniş məlumat yer almaqdadır. Hər bir müsəlman Allah və rəsulunun haram buyurduğu əməllərdən çəkinməlidir. Bu kitabı tərcümə edərək oxucularımıza təqdim edəm Fərahim qardaşımızdan Allah razı olsun.
Source : http://www.islamhouse.com/p/328767
- Ailə Tərbiyəsinə Dair 40 NəsihətDəyərli bacı və qardaşlarım! Bu kitabda müsəlmanı ailəsinin düzgün tərbiyələndirilməsinə sövq edən amillərdən söz açılır. Allah və onun rəsulunun buyurduğu üzərinə kim ailəsini tərbiyə etmək istəyirsə bu kitabda yazılanlara əməl etsin.
Source : http://www.islamhouse.com/p/328765
- Raşidi xəlifələrin fəzilətiAllahım, sən bizləri peyğəmbərimizin raşidi xəlifələri ilə bərabər həşr et. Allahım, biz peyğəmbərimiz (sav) raşidi xəlifələrini sevirik və bizə onlarla eyni cənnət nəsib et. Amin.
Formation : Yaşar Qurbanov
Source : http://www.islamhouse.com/p/329743
- Ölüm-
Formation : Ramil Soltanov
Source : http://www.islamhouse.com/p/307765












